MÖMİNİN NİYYƏTİ ƏMƏLİNDƏN XEYİRLİDİR

Elə indi qeydiyyatdan keç
Submitted by content on

İmam Rəbbani Həzrətləri belə buyurmuşdur:
“Bütün hal və hərəkətlərdə Allahu Təalanın rizasına diqqət etməyə və İslam dininin zərurətlərinə riayət edərək bədən və qəlblə əməl etməyə cəhd göstərmək lazımdır. Belə edildiyi təqdirdə insan zahiri (bədəni) və batini  (qəlbi) ilə Allahu Təalaya yönəlmiş, Allahu Təalanı zikr etmiş olar. Məsələn, yuxu başdan-ayağa tamamilə qəflətdir. Lakin bir qul ibadətlərində tənbəllikdən xilas olmaq və ibadətlərini daha canlı əda etmək niyyəti ilə yatsa, bu yuxu bir ibadət olar. Bu niyyətlə yatmağa davam etdiyi müddətcə də o kimsə sanki ibadətdə kimidir.
Çünki o kimsənin niyyəti ibadətləri daha yaxşı əda etməkdir… (“Məktubatı-İmamı-Rəbbani”, c. 3, m. 17) 
Rəsulullah Əfəndimiz salləllahu aleyhi və səlləm belə buyurdu: “Əməllər(in qiyməti) niyyətlərə görədir. Bir kimsənin niyyəti nədirsə, qazancı da ancaq odur”. 
Əməl əzaların Allahu Təalaya yönəlməsi, çalışmasıdır. Niyyət isə qəlbin Allahu Təalaya yönəlməsi və Onu zikr etməsidir. Əməl aşkardır, niyyət isə gizli bir əməldir. Gizli əməllərə qat-qat mükafat verilir. Necə ki Rəsulullah Əfəndimiz salləllahu aleyhi və səlləm: “Möminin niyyəti əməlindən xeyirlidir. Şübhəsiz, Allahu Təala qula əməlinin qarşılığında verdiyini, əlbəttə, niyyətinə qarşılıq da verər”, - buyurmuşdur.
İbni Cüreyc rahiməhullah: “Möminin niyyəti niyə əməlindən daha xeyirlidir?” - deyə Tabiindən Ata bin Əbu Rəbah rahiməhullahdan soruşdu. O da belə cavab verdi: “Çünki möminin niyyətində onu pozacaq, savabını yox edəcək riya olmaz”.
      Bir hədisi-qüdsidə belə buyurulmuşdur: “Bir kimsə bir yaxşılıq etməyə niyyətlənər, amma onu edə bilməzsə, Allahu Təala öz nəzdində həmin kimsənin niyyətinə qarşılıq kamil bir savab yazar. Əgər niyyət edər və o yaxşılığı işləyərsə, o kimsənin yaxşılığına qarşılıq on savabdan yeddi yüz qatına qədər savab yazar”.