Təvaf nədir?

Elə indi qeydiyyatdan keç
Submitted by content on
Təvaf nədir?

Təvaf – Həcərül-Əsvədin yerləşdiyi küncdən başlayaraq Kəbəyi-Müəzzəməni sol tərəfə alaraq onun ətrafında yeddi dəfə dövr etməkdir. Kəbə ətrafında edilən hər bir dövrə “şavt”, yeddi şavta isə “təvaf” deyilir. Təvaf ibadəti HəccÜmrə ibadətlərinin əsas rüknlərindən biridir.

Hər təvafın icra forması eyni olsa da, aralarındakı fərq niyyətdə olur. Təvaf edən şəxs niyyəti ilə təvafın növünü təyin etmiş olur.

Təvafın növləri
  1. Ümrə təvafı – Ümrənin fərzlərindəndir.
  2. Nəzir təvafı – Nəzir edilərək vacib olmuş təvafdır.
  3. Təhiyyətül-Məscid təvafı – Məscidi-Harama daxil olarkən edilən sünnət təvafdır.
  4. Nafilə təvaf – Könüllü olaraq edilən təvaf növüdür.
Təvafın vacibləri
  1. Hədəsdən təmiz olmaq (qüsl və ya dəstəmaz almaq)
  2. Sətri-övrətə riayət etmək
  3. Təvafı yeriyərək etmək (əgər üzr yoxdursa)
  4. Təvafa Həcərül-Əsvəddən və ya qarşısından başlamaq
  5. Kəbəni sol tərəfə alıb Rüknü İraqi istiqamətində hərəkət etmək
  6. Təvafı Hətimin xaricindən yerinə yetirmək
  7. Təvafdan sonra iki rükət təvaf namazı qılmaq
  8. Təvafı yeddi tam şavtla başa çatdırmaq
Təvafın sünnətləri
  1. Nəcasətdən təmiz olmaq
  2. Rüknü Yəməni tərəfindən Həcərül-Əsvədə yaxınlaşmaq
  3. Hər şavtda Həcərül-Əsvədi istilam etmək
  4. Sayla birgə edilən təvaflarda kişilərin izdibarəməl etməsi
  5. Şavtlar arasında fasilə verməmək
  6. Təvaf zamanı zikr, təkbir, dua və salavat oxumaq
  7. Təvafa “Bismilləhi Allahu Əkbər” deyərək başlamaq

Sünnətlərin üzrsüz tərk edilməsi məkruhdur, lakin cəza tələb olunmur.

Təvaf necə edilir?

Təvaf edən şəxs əvvəlcə niyyət edir. Sonra Rüknü Yəməni tərəfindən Həcərül-Əsvədə yaxınlaşır. Mümkünsə Həcərül-Əsvəd öpülür. Əgər mümkün deyilsə, onun istiqamətinə dönülür, “Bismilləhi Allahu Əkbər” deyilərək istilam edilir və sağ əlin içi öpülür. Daha sonra təkbir, təhmidsalavat gətirilir.

Təvafa başlandıqdan sonra Kəbə sol tərəfdə qalmalıdır. Hər dövr bir şavt, yeddi dövr isə tam bir təvaf sayılır. Təvaf Hətimin xaricindən yerinə yetirilməlidir. Rüknü Yəməni küncündə Kəbəyə əl sürtülür və salamlanır, lakin əl öpülmür.

Xanımlar dua və zikrlərdə səslərini ucaltmamalı və təvaflarını sakit və təmkinli şəkildə etməlidirlər.

Təvafdan sonra edilən ibadətlər

Təvaf bitdikdən sonra Məqamı İbrahimdə və ya Məscidi-Haramın hər hansı münasib bir yerində, əgər vaxt kərahətli deyilsə, iki rükət təvaf namazı qılınır. Birinci rükətdə Kafirun, ikinci rükətdə isə İxlas surələri oxunur. Əgər axşam namazının vaxtıdırsa, əvvəlcə təvaf namazı, sonra axşamın sünnəti qılınmalıdır.

Namazdan sonra Kəbəyə dönülərək ayaqüstə Zəmzəm suyu içilir, dua və niyaz edilir