Elə indi qeydiyyatdan keç
Опубликовано content -

Quba Məscidi – İslamda İlk Məscid 

Quba Məscidi, İslam tarixində inşa edilən ilk məscid olmaqla yanaşı, mənəvi dəyəri və tarixi əhəmiyyəti ilə seçilən müqəddəs məkandır. Rəsulullah Məhəmməd (s.a.v) hicrət zamanı Mədinəyə yaxın Quba kəndində 14 gün qaldığı müddətdə bu məscidi şəxsən özü də çalışaraq inşa etmiş və burada ilk dəfə namaz qılmışdır.

Məscid Məscidül-Haram, Məscidün-NəbəviMəscidül-Əqsadan sonra İslamda ən fəzilətli məscidlərdən biridir. Onu ziyarət etmək müstəhab sayılır və xüsusi savabla müşayiət olunur.

📜 Qurani-Kərimdə Quba Məscidi haqqında:

"لَا تَقُمْ فِيهِ أَبَدًا لَمَسْجِدٌ أُسِّسَ عَلَى التَّقْوَى مِنْ أَوَّلِ يَوْمٍ أَحَقُّ أَنْ تَقُومَ فِيهِ فِيهِ رِجَالٌ يُحِبُّونَ أَنْ يَتَطَهَّرُوا وَاللَّهُ يُحِبُّ الْمُطَّهِّرِينَ"
“İlk gündən binası təqva üzərində qurulmuş məsciddə namaz qılmağın, əlbəttə, daha layiqdir. Orada çox təmizlənməyi sevən insanlar vardır. Allah pak olanları sevər.”
(Tövbə surəsi, 108-ci ayə)

🕋 Peyğəmbərimizin (s.a.v) Quba Məscidi haqqında hədisi:

“Kim evində gözəl şəkildə dəstəmaz alıb yalnız namaz qılmaq məqsədi ilə Quba Məscidinə gedərsə, bir Ümrə ziyarəti etmiş kimi savab qazanar.”
(Hədis – Səhih, İmam Əhməd, Tirmizi)

Rəsulullah (s.a.v) hər şənbə günü Quba məscidini piyada və ya minikdə ziyarət etməyi vərdiş etmişdi. Bu ziyarətin əhəmiyyəti günümüz müsəlmanları üçün də eynilə davam etməkdədir.