Elə indi qeydiyyatdan keç
Опубликовано content -

       Həccin fərz olmasının şərtləri: Müsəlman olmaq, həccin fərz olduğunu bilmək, baliğ (yetkin) olmaq, ağıllı olmaq, azad olmaq, həccə gedib qayıdacağı nəqliyyat vasitəsi və yol xərcləri üçün pulun olması, vaxt (həcc ayları), həccə gedib qayıdana qədər baxmaqla mükəlləf olduğu kəslərin ehtiyaclarını təmin etmək.
Həccin zəkatda olduğu kimi fərz olması üçün müəyyən bir nisab yoxdur.

        Həccin ədasının fərz olmasının şərtləri: 
1) Sağlam olmaq,
2) Yol təhlükəsizliyinin olması, 
3) Həccə getməyə (həbs kimi) bir maneənin olmaması, 
4) Qadınların yanında əri və ya etibarlı bir məhrəminin olması, 
5) Əri ölən və ya boşanmış qadının iddətinin bitməsi.

Həcc hökm etibarilə üç qisimdir:

        Fərz həcc: Özündə həccin şərtləri olan insanların ömürlərində bir dəfə etməli olduqları həccdir.

        Vacib həcc: Bir kimsənin nəzir edərək üzərinə vacib etdiyi həccdir. Başlandıqdan sonra pozulan nafilə həccin qəzası da vacibdir.

        Nafilə həcc: Fərz və vacib olan həcc xaricindəki həcc nafilədir. Hələ həcc özünə fərz olmayan uşağın və ya kölənin edəcəyi həcc də nafilədir.

        Fərz, vacib, yaxud nafilə həcc ədası baxımından üç növdür:

         İfrad həcci: Həcc mövsümündə ümrəsiz edilən həccdir.

         Təməttü həcci: Eyni ilin həcc aylarında ümrə və həcci ayrı-ayrı ehramlarla (niyyətlərlə) əda etməkdir. Təməttü həccinə niyyət edən kimsə -ümrəsini edib ehramdan çıxdıqdan sonra yenidən həcc üçün ehrama girmədən əvvəl- istədiyi vaxt məkkəli kimi ümrə edə bilər. Həcci-təməttü həcci-ifraddan daha fəzilətlidir.

         Qıran həcci: Bir ehramla (niyyətlə) ümrə və həcci birlikdə əda etməkdir. Həcci-qıran həcci-ifrad və həcci-təməttüdən daha fəzilətlidir. Həcci-qıran və həcci-təməttü afaqı olanlar (Miqat xaricindən Məkkəyə gələnlər) üçündür.