Отзыв от Arif Pənahov

Bu fürsəti qaçırma
Arif Pənahov
10/10

Ümrə ziyarətimiz zamanı qrup rəhbərimiz hörmətli Elsevər Qurbanov yüksək elmi savada və ziyarətlə bağlı mükəmməl biliyə malik olduğunu nümayiş etdirdi. Onun peşəkar təşkilatçılığı, səbirli yanaşması və dini mövzularda verdiyi dərin izahlar sayəsində Hisar Tour ilə təşkil olunan Ümrə ziyarətimiz mənəvi baxımdan son dərəcə zəngin və yaddaqalan oldu.
Hər bir zəvvarla fərdi şəkildə maraqlanması, qayğıkeş davranışı və Qur’an tilavətindəki gözəl səsi bizə xüsusi ruhani zövq bəxş etdi.
Elsevər Hoca sözün əsl mənasında nümunəvi rəhbər və dəyərli alimdir. Allah hocamızdan razı olsun və xidmətlərini mübarək etsin.
Elsevər Hocaya və Hisar Tour təşkilatına bu mükəmməl Ümrə ziyarətinin təşkili üçün dərin təşəkkürümü bildirirəm.

27.04.2026

Proqramımızı daha yaxşı edin

Gələcək səfərlərin daha da təkmilləşdirilməsi üçün səfər haqqında rəy yazın

Fikrinizi bildirin