
📍 Peyğəmbərimizin (s.ə.s) Doğulduğu Mübarək Ev və Tarixi
Âlemlərə rəhmət olaraq göndərilən sevgili Peyğəmbərimiz (s.ə.s) miladi 571-ci ilin 20 aprel gününə təsadüf edən Rəbiül-Əvvəl ayının 12-ci Pazartesi gecəsi, dan yeri ağararkən Məkkədə, bu gün kitabxana kimi istifadə olunan mübarək evdə dünyaya gəlmişdir.
Bu ev Əbu Talib məhəlləsində, böyük babası Hâşim ibn Əbdümənafa məxsus idi. Onun vəfatından sonra oğlu Əbdülmuttalibə, daha sonra isə Hz. Abdullah vəfat etdikdən sonra Hz. Məhəmməd (s.ə.s)-ə miras qalmışdır.
Hicrət zamanı Peyğəmbərimiz (s.ə.s) bu evi əmisi Əbu Talibin oğlu Aqil ibn Əbi Talibə təhvil vermiş və sonra heç bir iddia irəli sürməmişdir. Daha sonralar Aqilin nəvələri bu evi Həccacın qardaşı Məhəmməd ibn Yusif əs-Səqəfiyə satmış və o da bu evi öz mülkünə birləşdirmişdir. Bir müddət Məhəmməd ibn Yusifin evi kimi tanınan bu yer, sonralar Abbasi xəlifəsi Harun Rəşidin xanımı Zübeydə tərəfindən alınıb məscidə çevrilmişdir.
Bu yer artıq "Məvlid-i Nəbi" – yəni Peyğəmbərin doğulduğu yer kimi tanınmağa başlamışdır. Kanuni Sultan Süleyman dövründə bu məscid yenidən inşa edilmiş və içərisində boş bir qübbə ilə doğum yeri olaraq işarələnmişdir. Daha sonra Səudiyyə Ərəbistanı hakimiyyəti dövründə bu məkan bugünkü halına salınaraq 1379 (1959)-cu ildən etibarən Məkkə Kitabxanası kimi istifadə olunur.
📍 Hal-hazırda Səfa ilə Mərvə təpələri arasındakı səy yolunun qarşısında, Mina və Əziziyyəyə aparan tunelin girişinə yaxın yerləşir.
mənbə