
Məscidi-Qibləteyn – İki Qibləli Məscid
Məscidi-Qibləteyn, İslam tarixində qiblənin Qüdsdəki Məscidül-Əqsadan Məkkədəki Kəbəyi-Müəzzəməyə dəyişdirildiyi yeganə məkan kimi tanınır. Bu mühüm hadisə hicrətin ikinci ilində, Şaban ayının 15-ci günündə baş vermişdir.
Peyğəmbərimiz Məhəmməd (s.a.v), Sələməoğulları məhəlləsində Zöhr namazını qılarkən vəhy nazil olmuş və bu vəhy əsasında Peyğəmbərimiz qibləsini Kəbəyə tərəf çevirmişdir. Məscid bu səbəblə “iki qibləli məscid” – Məscidi-Qibləteyn adını almışdır.
📜 Qurani-Kərimdə nazil olan ayə (əl-Bəqərə, 144):
"قَدْ نَرَىٰ تَقَلُّبَ وَجْهِكَ فِي السَّمَاءِ ۖ فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَاهَا ۚ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ ۚ"
“Biz sənin üzünün göyə çevrildiyini görürük. Artıq səni razı olacağın bir qibləyə yönəldəcəyik. İndi üzünü Məscidül-Harama tərəf çevir!”