
Ehramın Tərifi
Ehram: niyyət və təlbiyədən ibarət olub, həcc və ya ümrəyə niyyət edərək harama – yəni ehram qadağalarına daxil olmaq deməkdir. Ehrama niyyət edən kişilər izar və ridaya bürünərlər. Bu iki parça örtüyə xalq arasında “ehram” deyilir. Qadınlar isə adi paltarları ilə niyyət edərlər.
Ehram, həcc və ümrə ibadətlərini əda etmək üçün bəzi mübahları haram etmək deməkdir.
Ehrama Girməyin Əsrarı və Hikməti
Dünya zinəti olan paltarları çıxararaq, ehrama girmək insanı doğumu, məhşəri, dirilməyi və hesab gününü düşünməyə təşviq edir. Bu hal ruhi təmizlik və İlahi feyzə nail olmaq üçün bir vasitədir.
Ehramın Şərtləri və Hökmü
Ehramın Səhih Olmasının Şərtləri:
- Niyyət etmək
- Təlbiyə gətirmək və ya onun yerinə keçən zikr söyləmək
Hədis:
Rəsulullah (s.a.v) buyurdu:
“Təlbiyə gətirən elə bir müsəlman yoxdur ki, onun sağında və solunda olan daş, ağac, sərt torpaq onun təlbiyəsində iştirak etməsin...”
(Tirmizi, 828)
Ehramın Vacibləri:
- Miqat sərhədini keçmədən ehrama girmək
- Ehramın qadağalarından qorunmaq
Ehramın Sünnətləri:
- Ehrama girməzdən əvvəl qoltuqaltı və qasıq tüklərini təmizləmək
- Dırnaq kəsmək və gözəl qoxu sürtmək
- Qüsl və ya dəstəmaz almaq
- Kişilər üçün izar və ridaya bürünmək
- Niyyətdən sonra iki rükət ehram namazı qılmaq
- Təlbiyəni hər fürsətdə, 3 dəfə təkrarlamaq
- Təlbiyədən sonra təşrik təkbiri, salavat və dualar
Ehramın Müstəhabları:
- Qüsl alarkən ehram üçün niyyət etmək
- Ehramın ağ, təmiz və ya yeni olması
- Şəpikə bənzəyən başmaq geyinmək
- Misvak istifadə etmək
- Saçları daramaq
- Bığı sünnətə uyğun düzəltmək
Ehramın Mübah Olan Əməlləri:
- Qan aldırmaq
- Qaşınmaq (tük qoparmadan)
- Qoxusuz sabunla yuyunmaq
- Baş toxunmadan çətir gəzdirmək, ağac-altı və çadırda qalmaq
- Kəmər, üzük, saat, qoxusuz sürmə istifadə etmək
- Açıq başmaq geymək
- Diş çəkdirmək, iynə vurmaq
- Paltarı geyinmədən çiyinə almaq
- Üz və baş xaric digər bədən hissələrini örtmək
Ehram Qadağaları (Haram Olan Əməllər)
A) Bədənlə Bağlı Qadağalar:
- Qoxu sürtmək
- Qoxulu sabun istifadə etmək
- Təraş olmaq, bığı azaltmaq
- Xına, dodaq boyası və s. istifadə etmək
- Dırnaqları kəsmək
- Tük qoparmaq
- Qoltuqaltı və qasıq tüklərini almaq
B) Paltarla Bağlı Qadağalar (Kişilər üçün):
- Başa sarıq və ya papaq qoymaq
- Tikişli paltar geymək
- Corab və bağlı ayaqqabı geymək
C) Cinsi Qadağalar:
- Cinsi münasibət
- Öpmək
- Cinsi mövzulu danışıq və hərəkətlər
D) Digərləri:
- Dava etmək, təhqir, mübahisə, könül qırmaq
E) Haram Bölgəsi ilə Bağlı Qadağalar:
- Yaşıl otları, ağacları zədələmək
- Zərərsiz heyvan öldürmək
F) Quru Heyvanlarının Ovu:
- Heyvan ovlamaq
- Ovçuya kömək etmək
- Ov heyvanına zərər vermək
Ehrama Harada Girilir? Miqat Yerləri
Ehrama daxil olmaq üçün “Miqat yerləri” adlanan xüsusi məkanlar var. Həcc və ümrə üçün gələn şəxs, bu sərhədləri ehramsız keçməməlidir.
İnsanlar üç qrupda qiymətləndirilir:
- Afaqi olanlar: Miqat xaricindən gələnlər
- Hill əhli: Miqatla Haram arasında yaşayanlar
- Haram camaatı: Məkkənin içində yaşayanlar