
Peyğəmbərimizin (s.ə.s) Qəbrini Ziyarət
Həcc və ya Ümrə üçün Məkkəyə səfər edən şəxs, Mədinəyə də yalnız Peyğəmbərimizin (s.ə.s) qəbrini ziyarət etmək, onun məscidini ziyarət etmək və orada namaz qılmaq niyyəti ilə getməlidir.
Peyğəmbərimizin (s.ə.s) qəbrini ziyarət etmək – imkanı olanlar üçün sünnədir, bəzi alimlər isə bunu vacib saymışlar.
İmkana sahib olduğu halda qəbrini ziyarət etməmək – böyük bir əskiklikdir.
Peyğəmbərimizin qəbrini ziyarətə gedən şəxs, yol boyunca sübhənəllah, salavat söyləməli və qəlbində Peyğəmbərə (s.ə.s) qarşı sevgi ilə dolmalı, tövbə edib, Allahdan bağışlanma diləməli, Peyğəmbərin şəfaətinə ümid etməlidir.
“Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsələr, Allahdan bağışlanma diləsələr və Peyğəmbər də onlar üçün istiğfar etsəydi, əlbəttə, Allahı tövbələri qəbul edən və rəhmli olaraq tapacaqdılar.”
(Nisa surəsi, 64-cü ayə)
Bu ayə göstərir ki, günah işləmiş insanlar Peyğəmbərin (s.ə.s) şəfaətinə nail olsalar, Allah onları bağışlayacaq və tövbələrini qəbul edəcəkdir.
Məşhur alim İmam Qastalani deyib:
"Peyğəmbərin qəbrini ziyarət etmək – mənəvi yaxınlıq qazandıran ən üstün əməllərdəndir. Bu, çox istənilən ibadətlərdən biri və yüksək dərəcələrə çatdıran yoldur. Əgər kimsə bunun əksini iddia edərsə, o, İslama qarşı çıxmış və Allah-Təalaya, Onun Rəsuluna və bütün alimlərə üsyan etmiş sayılır.”
Peyğəmbərimiz (s.ə.s) buyurub:
🕊 "Məni Allah rizası üçün ziyarət edən şəxs, Qiyamət günü mənim şəfaətimə layiq olar."
(Feyzu’l-Qadir, cild 6, s.140)
🕊 "Məni ölümüm sonrası ziyarət edən şəxs, sanki sağlığımda məni ziyarət etmiş kimidir."
(Beyhəqi, Şuabü’l-İman)
🕊 "Məni ziyarət edən şəxsə şəfaətçi olaram."
(Beyhəqi, Şuabü’l-İman)
Peyğəmbərin (s.ə.s) Qəbrini Ziyarət Ədəb(Əxlaq) Qaydaları
- Mümkündürsə, ziyarətdən əvvəl qüsl almaq, təmiz və gözəl geyim geyinmək, ətirlənmək və yola məhəbbətlə və salavatlarla çıxmaq lazımdır.
- Qəbirə doğru təvazökarlıqla, qəlbində dərin sevgi ilə yanaşmaq lazımdır.
- Mümkündürsə, Cəbrail qapısından (Bab al-Cibril) və ya ona yaxın olan qapıdan daxil olmaq tövsiyə olunur.
- “Ravzəyi-Mütəhhərə”yə çatdıqda, əgər vaxt kərahət vaxtı deyilsə, iki rəkət “təhiyyətül-məscid” namazı qılınır.
- Ardınca, iki rəkət təşəkkür namazı və dua edilir, salavatlar oxunur.
- Daha sonra Peyğəmbərimizin qarşısında (təxminən 3 metr məsafədə) sakit və təvazökar şəkildə dayanmaq lazımdır.
- Onun sizə baxdığını, salamınızı qəbul etdiyini, dualarınızı eşitdiyini və “Amin” dediyini düşünərək səmimi duada olmaq lazımdır.
- Bu şəkildə deyilir:
"Əssələmu əleykə əyyuhən-nəbiyyu və rahmətullahi və bərakətuh" - Əgər kimsə sizə salam çatdırmağı xahiş edibsə, onu da çatdırmaq lazımdır.
- Qəbir divarına toxunmaq, yüksək səslə dua etmək qadağandır.
Ziyarət zamanı dua edərkən yalnız xeyir dua etmək, heç kimi lənətləməmək, Peyğəmbərin ailəsi və ümməti üçün də dua etmək tövsiyə olunur.
Sonra bir qədər irəliləyib, Əbu Bəkr (r.a.) və Ömər ibn Xəttab (r.a.)-a da salam vermək və Allahdan onlarla vəsilə edərək dua etmək gözəl əməllərdəndir.
Ən fəzilətli ziyarət — Peyğəmbərin (s.ə.s) ayaqları hizasında dayanmaqdır, lakin bu, hər zaman mümkün olmaya bilər.
Qəbr Ziyarəti Zamanı Ədəb Qaydaları:
- Başqalarına narahatlıq verməmək.
- Mümkün olduqda qəbirdən 3 metr məsafədə dayanmaq.
İmam Rəbbani deyib:
"Ey ziyarətçi! Allah Rəsuluna çox yaxın dayanma! Çünki onu yalnız sən yox, mələklər, peyğəmbərlər, dağlar və şəhərlər də ziyarət edir!"
(Məktubat-i Şərif) - Başını aşağı salaraq, düz baxmaq və ətrafa baxmamaq.
- Səsi qaldırmamaq.
- Ziyarət bitdikdən sonra Osman (r.a.), Əhli-Beyt və Səhabələrin qəbiristanlığı olan Bəqi qəbiristanlığını ziyarət etmək tövsiyə olunur.